Tarix: 13-07-2026 | Saat: 23:14
Bölmə:Karusel / Dünya | çapa göndər
Ukraynanın Baş naziri Yuliya Sviridenko vəzifəsindən istefa ərizəsini Ali Radaya təqdim edib.
Qarab aginfo.az xəbər verir ki, bununla bağlı Ali Radanın sədri Ruslan Stefançuk açıqlama verib.
O bildirib ki, Baş nazirin istefa ərizəsi artıq parlamentə daxil olub və yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Yuliya Sviridenko 2025-ci il iyulun 17-də Ukraynanın Baş naziri vəzifəsinə təyin edilmişdi. O, bundan əvvəl Baş nazirin birinci müavini və iqtisadiyyat naziri kimi fəaliyyət göstərib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda hökumətdə dəyişikliklər etmək planlarını açıqlamışdı və Baş nazir Yuliya Sviridenkonun vəzifəsindən gedəcəyini bildirmişdi. Onun yerinə isə Naftogaz şirkətinin İdarə Heyətinin sədri Sergey Koretski baş nazir vəzifəsini icra edəcəyi ilə bağlı iddialar yayılmışdı.
Digər xəbərlər

















