Saytımızı qiymətləndirin


 
 

Fransa Hörmüz boğazına hərbi qüvvələr göndərib
Tarix: 04-07-2026 | Saat: 09:11
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Fransa Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunmasına dəstək məqsədilə Yaxın Şərqə iki minaaxtaran gəmi, iki freqat və bir dəniz patrul təyyarəsi göndərib.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, qüvvələr tərəfdaş ölkələrlə birlikdə boğazda təhlükəsiz naviqasiyanın təmin olunmasına və gəmiçiliyin tam bərpasına dəstək verməyə hazırdır.

Makron bildirib ki, ABŞ və İran arasında iyunun 17-də imzalanmış anlaşma memorandumu regional sabitliyin möhkəmlənməsi baxımından mühüm addımdır. O əlavə edib ki, bölgədə dəyişən vəziyyət nəzərə alınaraq Fransanın “Şarl de Qoll” təyyarədaşıyan gəmisi Tulondakı bazasına qayıdır, digər hərbi vasitələr isə Yaxın Şərqdə yerləşdirilərək zərurət olduqda əməliyyatlara cəlb ediləcək.

Fransa Prezidenti vurğulayıb ki, ölkəsi regiondakı təhlükəsizlik vəziyyətinə uyğun olaraq hərbi mövcudluğunu tənzimləməyə davam edəcək.



Xəbəri paylaş

20 dəfə oxunub.

Digər xəbərlər