Saytımızı qiymətləndirin


 
 

“Yaxın 3 ayda Ukraynada xüsusi hərbi əməliyyat başa çatacaq” –"Axmat" XTD-nin rəhbəri Apti Alaudinov
Tarix: 20-08-2024 | Saat: 20:13
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, general-mayor Apti Alaudinov Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyatın yaxın aylarda başa çatacağını deyib. 

Qarabaginfo.az bildirir ki, Apti Alaudinov bu barədə Çindən olan hərbi jurnalist Liu Yuquanqla müsahibədə deyib.

O, Kursk istiqamətində vəziyyət barədə danışıb və sualları cavablandırıb: “Yaxın 2-3 ayda təkcə Kursk istiqamətində deyil, bütünlükdə xüsusi hərbi əməliyyat başa çatacaq”.

Apti Alautdinov Kursk regionunda vəziyyət nəzarət altında olduğunu bildirib: “Düşmən təcrid olunub və məhv edilir”.

General-mayor Apti Alaudinov Çeçenistanın “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiridir.



Xəbəri paylaş

55 dəfə oxunub.

Digər xəbərlər
24-01-2022, 10:46 Fatma Girik vəfat edib