Saytımızı qiymətləndirin


 
 

EIA: ABŞ-da neft hasilatı fevralda rekord həddə çatacaq
Tarix: 10-01-2018 | Saat: 17:55
Bölmə:Karusel / Dünya | çapa göndər

 

ABŞ 10 mln. barel/gün - rekord neft hasilatı səviyyəsinə artıq bu ilin fevral ayında çata biləcək.

"Qarabaginfo" "Report.az"a istinadən xəbər verir ki, bu proqnozu ABŞ-ın Energetika İnformasiyaları Agentliyi (EIA) verib.

İlk rübdə orta gündəlik hasilatın 10,04 mln. barelə çatacağı gözlənilir. Xatırladaq ki, əvvəlki proqnozda 10 mln. barel həddinə ilin son rübündə çatmağın mümkün ola biləcəyi bildirilib. 

EIA qeyd edir ki, ABŞ-ın neft hasilatı 2018-ci ildə 970 min barel/gün, 2019-cu ildə isə 780 min barel/gün artım göstərəcək. 2019-cu ilin sonunda hasilat 11 mln. barel/gün səviyyəsini ötəcək.

2018-ci ildə ABŞ-da neftə tələbatın 470 min barel/gün, 2019-cu ildə isə 340 min barel/gün artaraq 20,65 mln. barel/gün təşkil edəcəyi gözlənilir. 



Xəbəri paylaş

645 dəfə oxunub.

Digər xəbərlər