Saytımızı qiymətləndirin


 
 

Putin: Ankoricdə həqiqətən də heç bir razılaşma əldə olunmamışdı
Tarix: 29-06-2026 | Saat: 08:00
Bölmə:Karusel / Dünya | çapa göndər

Picture background

 

“Ankoricdə həqiqətən də heç bir razılaşma əldə olunmamışdı”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya” kanalına müsahibəsi zamanı bildirib.

Putin Avropa liderlərinin ABŞ prezidentini Ukraynada baş verənlərə inandırmalarına şübhə etdiyini deyib.

"Mənə bu barədə heç nə məlum deyil və bunun mümkün olduğuna şübhə edirəm. Nəzərə alaq ki, ABŞ prezidenti, axı, yetkin siyasətçidir, artıq təcrübəli bir siyasətçidir. O, ikinci dəfə hakimiyyətdədir.

Biz hamımız rəqiblərimizi və müttəfiqlərimizi dinləyirik, və hansısa yolla baxış bucağımızda düzəlişlər edə bilərik.

Amma onu tam inandırmaları barədə mənə hələ ki, heç nə məlum deyil. Axı, bu sözdə Ankoric ruhu, heç bir rəsmi sənəddə təsbit olunmasa da və heç kim imza atmasa da, Ukraynadakı münaqişəyə son qoymaq üçün müəyyən imkanları müzakirə etdik. Müzakirə olunan kompromislər məhz Amerika tərəfinin bizə verdiyi təkliflər idi.

Bizdən Amerikalı danışıqçılar tərəfindən formalaşdırılmış kompromisləri qəbul etməyimiz istəndi. Biz razılaşdıq. Bəs başqa nə? Bizə kompromis təklif edildi. Dərhal bu barədə düşünmədik, amma Ankoricə gəldik və "Bəli. Biz razıyıq" dedik. Amerika administrasiyasından başqa heç bir mövqe eşitmədik", - Putin bildirib.

Rusiya prezidenti İran ətrafındakı böhranın qaynar mərhələsi başa çatdıqdan sonra amerikalı nümayəndələrin Moskvaya gəlişini gözlədiklərini söyləyib. Vurğulayıb ki, Rusiya danışıqları davam etdirməyə və mövzuları yenidən ətraflı müzakirə etməyə hazırdır.



Xəbəri paylaş

47 dəfə oxunub.

Digər xəbərlər