Tarix: 29-01-2021 | Saat: 10:27
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bu gün səhər saatlarında Binəqədi şossesində yol nəqliyyat hadisəsi baş verib.
Qarabaginfo.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, “Manella MMC”-nin müvəqqəti istsimarında olan 108 A müntəzəm marşrut xətti üzrə 10 TG 635 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu betonqarışdıran avtomobillə toqquşub.
Hadisəylə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq araşdırma aparılır. Əməkdaşlar hadisə yerinə yollanıb. “Manella MMC”-nin rəhbəri Qurbanəli İsmayılov Agentliyə çağırılıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, toqquşma nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. 1 nəfər isə hospitalizasiyadan imtina edib. Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Digər xəbərlər