Saytımızı qiymətləndirin


 
 

Tramp İranla gərginliyin kəskin artması ilə bağlı təcili iclas keçirib
Tarix: 11-06-2026 | Saat: 07:07
Bölmə:Karusel / Dünya | çapa göndər

Tramp İranla gərginliyin kəskin artması ilə bağlı təcili iclas keçirib

ABŞ Prezidenti Donald Trump iyunun 10-da Ağ Evin “Situasiya Otağı”nda milli təhlükəsizlik komandası ilə təcili iclas keçirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə iclasda İranla gərginliyin kəskin artması, ABŞ-ın İrana endirdiyi son zərbələr və mümkün növbəti addımlar müzakirə olunub.

Məqalədə bildirilir ki, Tramp Tehranın nüvə sazişi üzrə cavabı gecikdirməsindən narazıdır və hesab edir ki, İran Vaşinqtonu vaxt uzatmaqla aldatmağa çalışır.

ABŞ administrasiyası həm hərbi təzyiqi artırmaq, həm də diplomatik kanalları tam bağlamamaq variantlarını nəzərdən keçirir.

Mənbələrə görə, nəzərdən keçirilən variantlardan biri İranı danışıqlarda mövqeyini dəyişdirməyə məcbur etmək məqsədi daşıyan genişmiqyaslı, lakin qısamüddətli əməliyyatdır.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər