Saytımızı qiymətləndirin


 
 

Hikmət Hacıyev beynəlxalq səyyahlarla görüşdü - FOTO
Tarix: 07-11-2023 | Saat: 12:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Hikmət Hacıyev beynəlxalq səyyahlarla görüşdü - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağdan səfərdən qayıdan beynəlxalq səyyahlarla görüşüb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” platformasında qeyd edib.

 

“Qarabağ-2023 Ekspedisiyası” çərçivəsində “Nomadmania Group”un beynəlxalq səyyah və səyyah-bloqçuların işğaldan azad edilmiş Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Füzuliyə səfərindən sonra görüşdən, onları Azərbaycanın regional sülh gündəmi, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, humanitar minatəmizləmə layihələri ilə bağlı məlumatlandırmaqdan məmnunam”, - o deyib.

 

Hikmət Hacıyev beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərlərini təşkil etdiyinə görə azərbaycanlı səyyah Mehrac Mahmudova təşəkkürünü bildirib.

 

Hikmət Hacıyev beynəlxalq səyyahlarla görüşdü - FOTO

Modern.az

Daha çox xəbər

Telegram


Xəbəri paylaş

199 dəfə oxunub.

Digər xəbərlər