Saytımızı qiymətləndirin


 
 

Laçın şəhərindən çıxan ermənilər məzarları qazıb, yaxınlarının meyitini də aparırlar - FOTO
Tarix: 25-08-2022 | Saat: 17:33
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Laçın şəhərindən çıxan ermənilər məzarları qazıb, yaxınlarının meyitini də aparırlar - FOTO Ermənilər 30 il əvvəl Qarabağa, işğal etdikləri yaşayış məntəqələrinə necə soxulmuşdularsa, bu gün də eyni vəhşiliklə ərazini tərk edirlər.

Bu qədər zaman keçsə də, uzun illər ötsə də, dəyişməyən tək şey erməni xislətidir.

Apa-nın Laçında olmuş çəkiliş qrupu ermənilərin 30 ildən sonra ərazini tərk edərkən törətdiyi vəhşilikləri lentə alıb.

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərdə qeyri-qanuni məskunlaşmış ermənilər bu gün Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və təkidi nəticəsində torpaqlarımızı tərk etmək məcburiyyətində qalıblar.

Lakin ermənilər əraziləri işğal edəndə etdikləri kimi, hər yeri söküb-dağıdıb, yandırıb çıxırlar.

Laçın şəhəri və Zabux kəndini yandırmaq cəhdinin qarşısı alınan ermənilər yol kənarındakı ərazilərə, otlaq sahələrinə, yaşıllıqlara od vurublar.

Məqsədləri alovun geniş miqyas alaraq, meşələrə, dağlara yayılması olub. Lakin yanğının vaxtında söndürülməsi təbii fəlakətin qarşısını alıb.

Ermənilər xislətlərinə uyğun davranaraq, qeyri-qanuni məskunlaşdıqları Laçın şəhərində, Zabux və Sus kəndlərində yaxınlarının məzarlarını qazıb, meyitləri özləri ilə aparırlar.

Ərazidəki Su Elektrik Stansiyası da vandalizmə məruz qalıb.

Rusiya sülhməramlılarının nəzarəti altında olan bu ərazilərdə tikililər, evlər, kommunikasiya xətləri, elektrik dirəkləri, naqillər sökülür, yollar, borular və körpülər dağıdılır.

Bundan başqa, 30 il ərzində özgəsinin sərvətini yeyib doymayan acgözlər yol kənarındakı ağacları kəssələr də, görünür, aparmağa imkan tapmayıblar.

Ermənilər Kəlbəcərdə, Ağdamda olduğu kimi, Laçını da özlərinə layiq izlər qoyaraq tərk edirlər.



Xəbəri paylaş

1206 dəfə oxunub.

Digər xəbərlər