Saytımızı qiymətləndirin


 
 

Azərbaycana buğda idxalı daha 1 il ƏDV-dən azad edilir
Tarix: 26-01-2021 | Saat: 16:28
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycana buğda idxalı daha 1 il ƏDV-dən azad edilir

Azərbaycana buğda idxalı daha 1 il əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Qarabaginfo.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad olub. Layihəyə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 5 il müddətinə ƏDV-dən azad olacaq.

Eyni zamanda kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti də 1 il artırılır. Qüvvədə olan Məcəlləyə əsasən, kəpəyin istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə ƏDV-dən azad olub. Dəyişikliyə əsasən, bu, 2017-ci il yanvarın  1-dən 3 il müddətinə olan dövrü əhatə edəcək.

 

 



Xəbəri paylaş

1362 dəfə oxunub.

Digər xəbərlər