Saytımızı qiymətləndirin


 
 

Ərdoğan Trampla danışdı, regiondakı vəziyyət müzakirə edildi
Tarix: 20-05-2026 | Saat: 23:45
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, liderlər telefon danışığı zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətlərini, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan regiondakı münaqişə prosesində atəşkəsin uzadılması qərarını müsbət addım kimi qiymətləndirdiyini bildirib. Türkiyə lideri mübahisəli məsələlərdə məntiqli həllin mümkün olduğuna inandığını və irəli sürülən konstruktiv təşəbbüslərə dəstəyin davam edəcəyini vurğulayıb.

Türkiyə Prezidenti qeyd edib ki, Suriyada sabitliyin təmin olunması bütün region üçün mühüm əhəmiyyət daşıyır və Ankaranın Suriyaya dəstəyi fasiləsiz davam edəcək.

Ərdoğan, həmçinin bir neçə gün əvvəl ABŞ-ın San Dieqo şəhərində yerləşən məscidə edilən hücumla bağlı Donald Trampa başsağlığı verib. O, Türkiyənin hansı dini qrupa qarşı yönəlməsindən asılı olmayaraq bütün nifrət cinayətlərinə qarşı olduğunu bildirib.



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər