Saytımızı qiymətləndirin


 
 

Moskva İrəvanı vədini pozmaqda ittiham edib: Ermənistan gec-tez Aİ-nin anti-Rusiya xəttinə cəlb olunacaq
Tarix: 07-05-2026 | Saat: 15:07
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Rusiya XİN: Rəsmi Moskva Cənubi Qafqazda bütün kommunikasiyaların kompleks açılmasının tərəfdarıdırİrəvan Rusiyaya qarşı addım atmamaq vədini pozub.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

Rusiya XİN sözçüsü qeyd edib ki, Ermənistan hakimiyyətinin hazırkı xarici siyasət kursu gec-tez Ermənistanın Brüsselin Rusiya əleyhinə mövqeyində dönməz iştirakına gətirib çıxaracaq.

Zaxarovanın sözlərinə görə, Ermənistan-Avropa İttifaqı sammitinin bəyannaməsi göstərir ki, Ermənistan hakimiyyətinin razılığı ilə respublika aqressiv Avro-Atlantik mexanizmlərinə cəlb olunur.

XİN rəsmisi İrəvana vəd edilən 2,5 milyard avroluq investisiyalardan da danışıb.

“Aİ bu rəqəmi 2021-ci ildən bəri ermənilərə satır. Beş il keçib. Pul haradadır? Vəsaitlər hələ də Ermənistana çatmayıb”.

Rusiya XİN sözçüsü Aİ-nin Ermənistanda atom elektrik stansiyasının bağlanmasına verdiyi dəstəyi də tənqid edib: “Fransada atom elektrik stansiyalarını bağlamırlar. Almaniyada isə artıq nüvə enerjisindən imtinanı fəlakətli səhv adlandırırlar. Amma Ermənistana isə özünü enerji istehsal etmək qabiliyyətindən məhrum etdiyinə görə sevinməyi təklif edirlər”.



Xəbəri paylaş

47 dəfə oxunub.

Digər xəbərlər