Ana Sayfa > Karusel / Siyasət > Moskva İrəvanı vədini pozmaqda ittiham edib: Ermənistan gec-tez Aİ-nin anti-Rusiya xəttinə cəlb olunacaq
Moskva İrəvanı vədini pozmaqda ittiham edib: Ermənistan gec-tez Aİ-nin anti-Rusiya xəttinə cəlb olunacaqBu gün, 15:07. Yazar: Admin |
|
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib. Rusiya XİN sözçüsü qeyd edib ki, Ermənistan hakimiyyətinin hazırkı xarici siyasət kursu gec-tez Ermənistanın Brüsselin Rusiya əleyhinə mövqeyində dönməz iştirakına gətirib çıxaracaq. Zaxarovanın sözlərinə görə, Ermənistan-Avropa İttifaqı sammitinin bəyannaməsi göstərir ki, Ermənistan hakimiyyətinin razılığı ilə respublika aqressiv Avro-Atlantik mexanizmlərinə cəlb olunur. XİN rəsmisi İrəvana vəd edilən 2,5 milyard avroluq investisiyalardan da danışıb. “Aİ bu rəqəmi 2021-ci ildən bəri ermənilərə satır. Beş il keçib. Pul haradadır? Vəsaitlər hələ də Ermənistana çatmayıb”. Rusiya XİN sözçüsü Aİ-nin Ermənistanda atom elektrik stansiyasının bağlanmasına verdiyi dəstəyi də tənqid edib: “Fransada atom elektrik stansiyalarını bağlamırlar. Almaniyada isə artıq nüvə enerjisindən imtinanı fəlakətli səhv adlandırırlar. Amma Ermənistana isə özünü enerji istehsal etmək qabiliyyətindən məhrum etdiyinə görə sevinməyi təklif edirlər”. Geri dön |