Saytımızı qiymətləndirin


 
 

“Azəriqaz”dan sayğacı dəyişdirilmiş abonentlərə xoş xəbər
Tarix: 22-01-2021 | Saat: 14:33
Bölmə:Karusel / Sosial | çapa göndər

 

“Azəriqaz”dan sayğacı dəyişdirilmiş abonentlərə xoş xəbər

"Əgər abonent mexaniki sayğacını öncədən ödənişli elektron smart-kart sayğacına dəyişmək istəyirsə, bunu hər an edə bilər".

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev sosial şəbəkə üzərindən abonentlərlə keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, bunun üçün abonent “Azəriqaz”a müraciət etməlidir: “Abonentlərin müraciəti istər elektron, istər onlayn, istərsə də yerli idarələrə müraciət edə bilər”.

O qeyd edib ki, Bakı, Sumqayıt və Gəncə şəhərlərində “Azəriqaz” əməkdaşları tərəfindən baxış keçiriləcək: “Əgər həqiqətən də abonentin daha əvvəl öncədən ödənişli sayğacı olubsa və o mexaniki sayğacla dəyişdirilibsə, biz həmin sayğacı dəyişdirə biləcəyik. Abonentin yazılı razılığı alındıqdan sonra onun sayğacı dəyişdiriləcək. Bu, tamamilə ödənişsiz həyata keçiriləcək”.



Xəbəri paylaş

1335 dəfə oxunub.

Digər xəbərlər