Saytımızı qiymətləndirin


 
 

İranda müharibə səbəbindən fıstıq qiymətlərində yüksək artım qeydə alınıb
Tarix: 26-04-2026 | Saat: 12:55
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

İranda müharibə səbəbindən fıstıq qiymətlərində yüksək artım qeydə alınıb

İranda müharibə fıstıq qiymətlərinin son illərdə ən yüksək artımına səbəb olub.

Qarabaginfo.az “Financial Times”-ə istinadən xəbər verir ki, mart ayında fıstığın qiyməti 500 qram üçün təxminən 4,57 dollara yüksəlib ki, bu da 2018-ci ildən bəri ən yüksək göstəricidir.

Dünya fıstıq istehsalının 1/5 İranın payına düşür, bəzi illərdə isə ölkə qlobal ixracın 25–30%-ni təmin edib.

Qeyd edilib ki, ABŞ–İsrail–İran münaqişəsi Yaxın Şərqdə logistikanı pozaraq məhsul satışını çətinləşdirib. Dünyada fıstığa tələbat 2023-cü ildə internetdə viral olan fıstıq kremi ilə doldurulmuş “Dubay şokoladı” trendləri ilə də daha da artıb.

ABŞ, Türkiyə və İranda 2025-ci il bu məhsulun istehsalı proqnozlaşdırılandan az olub. İrana qarşı sanksiyalar, dəniz blokadası ixracı çətinləşdirib, internet və kommunikasiya problemləri isə satış koordinasiyasını daha da ləngidib. Bəzi İran təchizatçıları ilə əlaqə qurmaq çətindir, çünki internet kəsilib, e-poçtlara cavab verə bilmirlər. Yaxın Şərq və Hindistana fıstıq tədarükündə ciddi fasilələr yaranıb.

Yaxın Şərq həm əsas istehlakçı, həm də tranzit mərkəz kimi bu ticarətdə mühüm rol oynayır. İran məhsulu tez-tez Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə vasitəsilə dünya bazarına çıxarılır.

Münaqişə davam etdikcə İran fıstığının qlobal bazarlara nə qədər çıxacağı ilə bağlı qeyri-müəyyənlik artır. Yayda dondurma istehsalı üçün də fıstığa tələbat artır. Bu da münaqişə davam edəcəyi halda dünya bazarında fıstığın daha da bahalaşacağını qacılmaz edəcək.



Xəbəri paylaş

33 dəfə oxunub.

Digər xəbərlər