Saytımızı qiymətləndirin


 
 

Nadir avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Tarix: 23-02-2026 | Saat: 14:47
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Nadir avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir

Raritet (nadir) avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad ediləcək.

Qarabaginfo.azın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qaydalara əsasən mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir. Dəyişikliyə əsasən raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək:

- idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;
- idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.

Raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.

Bu tələb qanun dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.



Xəbəri paylaş

26 dəfə oxunub.

Digər xəbərlər