Saytımızı qiymətləndirin


 
 

Fransada prezident seçkilərinin birinci turu keçiriləcək
Tarix: 10-04-2022 | Saat: 04:11
Bölmə:Karusel / Dünya | çapa göndər

Fransada prezident seçkilərinin birinci turu keçiriləcək

Bu gün Fransada prezident seçkilərinin birinci turu keçiriləcək.

Qarabaginfo.az TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu seçici siyahılarında 48 milyondan çox fransalının qeydə alındığını bildirib.

Prezidentliyə 12 namizəddən ikisi ilk turda qalib elan olunacaq. İki həftədən sonra - aprelin 24-də ikinci tur keçiriləcək.

Seçki məntəqələrinin qapıları Paris vaxtı ilə saat 08:00-da (Bakı vaxtı ilə 10:00) açılacaq.

Hazırda davam edən koronavirus pandemiyası ilə əlaqədar seçki məntəqələrində sanitar təhlükəsizlik tədbirləri gücləndirilib.

Seçicilərə səsvermə zamanı maska taxmaq, mümkün olan yerlərdə məsafəni saxlamaq və antiseptik vasitələrdən istifadə etmək tövsiyə olunur.

Seçki komissiyalarının üzvlərinə gün ərzində binaları mütəmadi olaraq havalandırmaq, stol, stul və səsvermə kabinələrini dezinfeksiya etmək tapşırılıb.

Süküut gününə qədər ictimai rəy sorğularına görə, hakim “Respublik Partiyası”ndan olan hazırkı dövlət başçısı Emmanuel Makron seçicilərin 26 fazini qazanıb.

“Milli Birlik” partiyasından Marin Le Pen ondan 1 faiz geridədir. Onlar 5 il əvvəl keçirilən son seçkilərdə də rəqib olublar.

Əksər analitiklər namizədlərin cari seçkilərin finalında yenidən görüşəcəyini proqnozlaşdırırlar.



Xəbəri paylaş

1213 dəfə oxunub.

Digər xəbərlər