Saytımızı qiymətləndirin


 
 

DİN Bakıda küçədə yatan bu uşaqları axtarır - Video
Tarix: 28-09-2022 | Saat: 14:36
Bölmə:Gündəm | çapa göndər

DİN Bakıda küçədə yatan bu uşaqları axtarır

Müğənni Elmira Ələkbərzadə Bakıda küçədə yatan iki yeniyetmənin görüntülərini yayıb.

Qarabaginfo.az xəbər verir ki, sənətçi görüntüləri Nəsimi rayonu, Səməd Vurğun küçəsində lentə aldığını bildirib və küçədə gecələyən yeniyetmələrə köməklik göstərilməsini xahiş edib. O, sosial şəbəkə vasitəsilə uşaq sığınacaqlarına müraciət edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev saytımızın sorğusuna cavab olaraq bildirib ki, hazırda həmin uşaqlar axtarılır: “Araşdırma aparılır. Uşaqlar tapılaraq aidiyyəti üzrə təhvil veriləcək”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyi də mövzu ilə bağlı araşdırma aparıldığını bildirib.

 

VİDEO LİNK: https://ok.ru/video/4084496075370 



Xəbəri paylaş

170 dəfə oxunub.

Digər xəbərlər
9-08-2022, 11:37 TƏBİB həkim axtarır