Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. 

Bunu, Kanadanın Baş naziri Castin Trüdo deyib. 

Qeyd olunur ki, Ottava sanksiya siyahısına hüquq sferası və təhlükəsizliklə bağlı olan 23 Rusiya vətəndaşı daxil olacaq.

Kanada hökumətinin başçısı verdiyi açıqlama zamanı deyib: "Kanada da ruslara qarşı əlavə sanksiyalar tətbiq edir".