Saytımızı qiymətləndirin


 
 

Xomeyni ABŞ rəsmiləri ilə gizli görüşübmüş... - Məxfi sənədlər açıldı/Foto
Tarix: 12-06-2023 | Saat: 10:32
Bölmə:Karusel / Dünya | çapa göndər

Xomeyni ABŞ rəsmiləri ilə gizli görüşübmüş... - Məxfi sənədlər açıldı/Foto

Açıq şəkildə ABŞ-a qarşı olan və bu ölkəni "Böyük Şeytan" adandıran İran İslam respublikasının banisi Ayətullah Xomeyni və yaxın köməkçiləri İslam inqilabından əvvəl və sonra Vaşinqtonla gizli şəkildə əlaqə saxlayıblar.

Bu barədə "Azadlıq radiosu"nun fars xidməti olan "Fərda radiosu" üzərindən məxfilik qrifi götürülmüş sənədlərə istinadla məlumat yayıb.

Radionun yazdığına görə, 26 fevral 1964-cü il tarixli məxfi sənəddə qeyd edilir ki, Xomeyninin çoxdankı dostu və tərəfdaşı Ayətullah Seyid Məhəmməd Sadiq Lavasani özünün Tehrandakı iqamətgahında ABŞ səfirliyinin iki rəsmisi ilə görüşüb.

Məxfilik qrifi götürülmüş ABŞ sənədlərinə görə, Lavasani Xomeyninin "şiə dünyasının hər yerindən" aldığı vəsaitlərin və ianələrin xərclənməsinə nəzarət edib.

Sənədlərdə o da vurğulanır ki, Lavasani ABŞ-ın dəstəklədiyi Məhəmməd Rza Pəhləvinin əsas tənqidçisi olan və onu Qərbin “kuklası” adlandıran Xomeyni ilə əlaqə saxlaya bilən əsas adamlardan biri olub.

İran şahını açıq tənqidə görə Xomeyni 1963-cü ilin iyununda həbs edilib. 1964-cü ilin noyabrında yenidən saxlanılan Xomneyi bu dəfə qonşu Türkiyəyə sürgün edilib. O, İrana qayıtmazdan əvvəl Fransa və İraq da daxil olmaqla, 14 ildən çox ölkədən kənarda yaşayıb.

Sənədlərdə qeyd olunur ki, İran ruhaniləri şahın siyasətinə, o cümlədən qadın hüquqlarına və “İmperator Məhkəməsində bəhailərin və yəhudilərin təsirinə” qarşı olublar.

Onların fikirincə, şahın siyasəti islam qanunlarını və ilahiliyi açıq şəkildə pozmağa yönəlib .

O da qeyd olunur ki, Xomeyni və Lavasani arasında dostluq münasibətləri 1920-ci illərdə Qumda birlikdə təhsil alan zaman yaranıb.

Lavasani yeni ruhani hökumətdə rol oynamasa da, inqilabdan sonra onların dostluğu pozulmayıb. İran mediasının yazdığına görə, Lavasani Xomeyninin vəfatına qədər onu müntəzəm olaraq ziyarət edib.

ABŞ və İran arasındakı münasibətlər İslam İnqilabından, xüsusən də İrandakı amerikalı diplomatların girov götürülməsindən sonra kəskin pisləşib.

Beləki 1979-cu ilin noyabrında İslam tələbələri Tehrandakı ABŞ səfirliyinə basqın ediblər və bu zaman 52 ABŞ vətəndaşı və diplomatı girov götürülüb. Amerikalı diplomatlar 1979-cu ilin noyabrından 1981-ci ilin yanvarına qədər Tehranda girov saxlanılıb.

Sözügedən sənədlərə görə, Lavasani Xomeyninin 1979-cu ildən əvvəl ABŞ rəsmiləri ilə gizli əlaqələri olan bir neçə köməkçisi arasındadır.

Açıqlanan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi məlumatlarında qeyd olunur ki, inqilabdan bir neçə həftə əvvəl Xomeyni ilə ABŞ prezidenti Cimmi Karter administrasiyası arasında təmaslar olub.

Sənədlər Xomeyninin Vaşinqtonla dialoqa açıq olduğunu və hakimiyyətə gələrsə, ABŞ-ın maraqlarını pozmayacağını göstərir.

Xomeyni və onun köməkçiləri prezident John F. Kennedy administrasiyası ilə də əlaqə saxlayıblar. 2008-ci ildə qismən ictimaiyyətə açıqlanan Mərkəzi Kəşfiyat İdarəsinin təhlilinə görə, Xomeyni ABŞ-ın İrandakı maraqlarına qarşı çıxmadığını bildirib.

İran rəsmiləri isə məxfiliyi ləğv edilmiş sənədləri uydurma hesab edərək təkzib ediblər.

Son illər məxfilikdən çıxarılan sənədlərindən aydın olur ki, ABŞ nümayəndələri inqilabdan sonra İranın əsas rəsmiləri, o cümlədən Xomeyninin köməkçisi sayılan Ayətullah Məhəmməd Beheşti də daxil olmaqla keçmiş xarici işlər naziri İbrahim Yəzdi, inqilabdan sonra ilk baş nazir olan Mehdi Bazarqan ilə görüşüblər.

Parisdə yaşayan iranlı alim Məhəmməd Cavad Əkbərin deyib ki, belə gizli əlaqələrin üzə çıxarılması İran ruhani idarəsinin ikiüzlülüyünə işarədir.

“Bu inqilab liderlərinin Qərb ölkələri ilə əlaqələri barədə dediklərində ümumiyyətlə dürüst olmadıqlarını göstərir”, - o bildirib.

O, Lavasaninin ABŞ nümayəndələri ilə görüşlərinin üzə çıxmasının əhəmiyyətli oduğunu vurğulayıb.

“Yeni çıxan sənədin mühüm xüsusiyyəti ondan ibarətdir ki, amerikalılarla əlaqə saxlayan şəxs Ayətullah Xomeyni ilə sıx əlaqədə olub...”

"Xomeyniyə və İslam respublikasının digər qurucularına ABŞ və digər Qərb rəsmiləri ilə əlaqə saxlamağa icazə verildi. Amma indi [hakimiyyət] başqalarını qınayır və bu cür təmaslara icazə verilmədiyini deyir", - Əkbərin bildirib./Hit.az

 



Xəbəri paylaş

1118 dəfə oxunub.

Digər xəbərlər