Tarix: 22-09-2022 | Saat: 22:29
Bölmə:Gündəm / Karusel | çapa göndər
Ukrayna kəşfiyyat məlumatlarının mübadiləsi və mövqelərin əlaqələndirilməsi üçün İsraillə dialoq kanalı yaratmaq istəyir.
Bu məqsədllə ölkənin hərbi rəhbərliyi İsraildən İranın müharibədə Rusiya ordusuna verdiyi hər hansı dəstək haqqında kəşfiyyat məlumatlarını paylaşmasını xahiş edib.
Məlumata görə, məsələ hələ bu ayın əvvəllərində Kiyevdə İsrailin Avropa və Asiya məsələləri üzrə nümayəndəsi Simona Halperin və İsrail səfiri Ukraynanın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Maksim Subx ilə görüşü zamanı müzakirə olunub.
Bildirilib ki, sözügedən məsələ Ukrayna üçün İran və Rusiya arasında artan hərbi əməkdaşlıq baxımından xüsusilə vacibdir.
Ukraynada görüş faktını təsdiqləyərək söhbətin əsasən İranın pilotsuz uçuş aparatlarından getdiyi bildirilib.
“İsraillilər bizə müəyyən məlumat veriblər, amma bizə daha çox məlumat lazımdır”, - deyə yüksək rütbəli Ukrayna rəsmisi deyib.
Digər xəbərlər