Saytımızı qiymətləndirin


 
 

Son döyüşlərdə ölən erməni hərbçilərin siyahısı niyə açıqlanmır? - SƏBƏB
Tarix: 21-09-2022 | Saat: 14:58
Bölmə:Gündəm / Karusel | çapa göndər

Ermənistanda sərhəd döyüşləri zamanı ölən, yaralanan, itkin düşən və əsir götürülən hərbçilərin sayı elan olunsa da, adlı siyahı hələ də ictimaiyyətə açıqlanmayıb.

Hərbçilərlə bağlı siyahının gizlədilməsi cəmiyyətdə ciddi narazılıq doğurub.

Məsələ ilə bağlı açıqlama verməyə məcbur olan Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan ictimaiyyəti sakitliyə çağırıb. O, siyahının elan olunmama səbəbindən danışıb.

A.Torosyan qeyd edib ki, adlı siyahı müəyyən dəqiqləşdirmələrdən sonra dərc olunacaq.

Ermənistan Təhlükəsizlik Komitəsinin məlumatına görə, 12-13 sentyabr döyüşləri zamanı 207 erməni hərbçi ölüb və ya itkin düşüb. Bundan əlavə, döyüşlərdə 293 erməni hərbçi yaralanıb, 20 hərbçi isə əsir götürülüb.

 

Qeyd edək ki, sentyabrın 17 və 20-də Azərbaycan tərəfi Ermənistana ümumilikdə 127 meyit təhvil verib.



Xəbəri paylaş

159 dəfə oxunub.

Digər xəbərlər