Tarix: 20-09-2022 | Saat: 13:06
Bölmə:Gündəm / Karusel | çapa göndər
Rusiya Xəzər regionunda sülhün və sabitliyin qorunmasında maraqlıdır, beş sahilyanı dövlət çərçivəsində mehriban qonşuluq əsasında əməkdaşlığın inkişafının tərəfdarıdır,.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Rusiya üçün həyati maraqlar Xəzər regionunda sülhün, sabitliyin və təhlükəsizliyin qorunması, onun mehriban qonşuluq, sahilyanı dövlətlərin etimadı və əməkdaşlığı əsasında davamlı inkişafı, Xəzər dənizinin iqtisadi, o cümlədən tranzit potensialının reallaşdırılmasıdır”, - deyə Lavrovun “International Affairs” jurnalının saytında Xəzər regionunda əməkdaşlığa dair məqaləsində bildirilib.
"Bu məqsədlə Rusiya "Beşlik" çərçivəsində çoxşaxəli sistemli əməkdaşlığın hərtərəfli inkişafının, bu prosesin tədricən institusionallaşdırılmasının tərəfdarıdır. Biz regiondakı qonşularımızla bütün sahələrdə əlaqələri genişləndirmək üçün fəal işləyirik", - Lavrov vurğulayıb.
Nazir əlavə edib ki, bütün Xəzər məsələləri regiondankənar qüvvələrin mənfi təsirindən qaçaraq, yalnız beş sahilyanı dövlət tərəfindən konsensus əsasında həll edilməlidir. Eyni zamanda o qeyd edib ki, Rusiyadan əlavə İran, Qazaxıstan, Azərbaycan və Türkmənistanın daxil olduğu “Xəzər beşliyi” xarici aləmdən, ilk növbədə, iqtisadi sahədə hasar almaq fikrində deyil.
Digər xəbərlər