Saytımızı qiymətləndirin


 
 

Laçındakı haykların son görüntüləri...-Əl-üz yuyanlar, pəncərələr və s. daşınır...-VİDEO
Tarix: 20-08-2022 | Saat: 12:48
Bölmə:Karusel / Qarabağ | çapa göndər

"Görünür, unitazlar da bu siyahıdadır. Sadəcə, Kəlbəcərdəki məlum görüntülərdən sonra belə kadrların çəkilməsinə izn vermirlər..."

"Bu arada erməni nəşrlərində guya köç üçün verilən müddətin sentyabrın 1-dək uzadılması haqda razılığı gəlinməsi barədə şayiələr səslənir..."

Laçın şəhərində qanunsuz məskunlaşmış hayların, demək olar ki, hamısı köçməyə hazır vəziyyətdədir.

Qarabaginfo.az xəbər verir ki, bu,  "Kavkazski uzel" nəşri və Ermənistanın "Sivilnet" saytının dünən- avqustun 19-da hazırladığı son video-reportajlardan bəlli olur.

Laçın şəhərində hələlik heç bir erməni tərk etdiyi evi yandırmasa da, video-görüntülərdən də məlum olur ki, onlar çil-çıraqları, əl-üzyuyanları, hətta iri pəncərələri və s. sökərək özləri ilə aparmaq üçün hazır qoyublar. Görünür, unitazlar da bu siyahıdadır. Sadəcə, Kəlbəcərdəki məlum görüntülərdən sonra belə kadrların çəkilməsinə izn vermirlər...

Laçındakı qondarma "mer" Narek Aleksanyanın verdiyi məlumata görə, 19 avqust üçün şəhərdə cəmi 30 erməni ailəsi qalıb. Onların çoxu tənha məxluqlardır... 

Xatırladaq ki, Laçın şəhəri və Zabux kəndləri avqustun 25-dək hayklardan boşaldılmalı və Azərbaycan tərəfinə təjhvil verilməlidir. Artıq bu gündən Zabuxda su, işıq və rabitə vasitələri kəsilib...

Bu arada erməni nəşrlərində guya köç üçün verilən müddətin sentyabrın 1-dək uzadılması haqda razılığı gəlinməsi barədə şayiələr səslənir...



Xəbəri paylaş

1183 dəfə oxunub.

Digər xəbərlər