Saytımızı qiymətləndirin


 
 

Rusiyada saxlanılan etirazçılara çağırış vərəqələri VERİLDİ
Tarix: 22-09-2022 | Saat: 15:12
Bölmə:Dünya / Karusel | çapa göndər

Ötən gün Rusiyanın bir neçə şəhərində səfərbərliyə qarşı etiraz aksiyaları keçirilib.

 

Qarabaginfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aksiyalar zamanı 38 şəhər üzrə 1400-dən çox insan saxlanılıb.

 

Yerli KİV-in məlumatına görə, Moskva və Voronej şəhərlərində aksiyalar zamanı saxlanılan şəxslərə hərbi komissarlıqlar tərəfindən çağırış vərəqələri verilib.

 

Bildirilir ki, saxlanılanlardan biri çağırış vərəqəsini imzalamaqdan imtina etdiyinə görə onu cinayət işi ilə hədələyiblər. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında məsələyə belə münasibət bildirib:

“Mitinqlərdə vətəndaşa orduya çağırış vərəqələrinin verilməsi praktikası qanuna zidd deyil”.


Sentyabrın 21-də prezident Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib. Səfərbərlik tədbirlərinin keçirilməsi haqqında fərman artıq Kremlin saytında dərc olunub.


Daha sonra müdafiə naziri Sergey Şoyqu döyüş təcrübəsi olan, hərbi ixtisaslara malik rusların ehtiyatdan çağırılacağını bildirib. O, təxminən 300 min nəfərəin səfərbər olunacağını qeyd edib.



Xəbəri paylaş

189 dəfə oxunub.

Digər xəbərlər