Din xadimləri və pravoslav xristianlar Rusiya hakimiyyətindən həbsxanada ölən müxalif siyasətçi Aleksey Navalnının cəsədini ailəsinə verməyi xahiş ediblər.
Qarabaginfo.az xəbər verir ki, müraciəti 500 yaxın din xadimi imzalayıb.
“Biz sizi Aleksey Navalnının cəsədini ailəsinə verməyə çağırırıq ki, anası, digər ailə üzvləri və həmfikirləri onunla vidalaşa və xristian dəfnini verə bilsinlər. Bu, təkcə onların istəyi və qanuni haqqı deyil, həm də Allah və mərhum qarşısında borcudur . Navalnı təkcə müxalif siyasətçi deyil, həm də dindar, pravoslav xristian idi. Sizi onun xatirəsinə hörmət etməyə çağırırıq. Anasına, həyat yoldaşına, övladlarına və sevdiklərinə mərhəmət və şəfqət göstərin”, – müraciətdə deyilir.