Orta məktəblərdə tədris olunan 8-ci sinf Azərbaycan dili dərsliyində olan mətn yenidən valideynlər tərəfindən gündəmə gətirilib.
Onlar mətndə istifadə olunan vulqar sözlərin 8-ci sinif şagirlərinə pis örnək olduğunu bildirir, bu səbəblə dərsliklərin dəyişdirilməsini istəyirlər.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən təhsil eksperti Emin Məhərrəmov bildirir ki, belə yanaşmalar dünyada da var:
“Hərdən real vaxtın səciyyəvi sözlərini göstərmək üçün dərsliklərə bu cür mətnlər salınır. Mən deməzdim ki, qətiyyən olmaz. Mətnin dərsliklərdən çıxarılması məsələsinə gəlincə, bu, çox uzun bir prosesdir. Məsələ bir ildən çoxdur gündəmdə var. Bəlkə, 2-3 ildən sonra çıxarıla bilər”.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov bildirdi ki, həmin mətn vulqar sözlərin bir nümanəsidir. Burada tərbiyəsiz heç nə yoxdur:
“Bu məsələ ötən il də müzakirə olundu. Dilçilər göstərdilər ki, bu, əxlaqsız bir mətn deyil. Sadəcə mətnin yaxşı danışıq dili olmadığını bildirmək üçün uşaqlara göstərilən nümunədir, təbliğ deyil”.
Dərslikdə gedən həmin mətni təqdim edirik:
Həsən və Mehdi söhbət edir
- Alə, axşam gedey gezmeyə?
- Hara, brat?
- Nə bilim, çıxaruğ şəhərə, bir az mırt tutaruğ.
- Ala, dibilsən? Camaatnan nə işimiz var? Bir də axşam hazırrığlarım var. Allah haqqı, evdə məni nadayet eliyiblər. Oxu, oxu... Lap adamı təkərə salırlar ey...
- Karoçi, gedirsən, getmirsən?
-, dedim, dərsə gedirəm.
Saytımızı qiymətləndirin
"Ala, dibilsən? Çıxaruğ şəhərə, bir az mırt tutaruğ" - Valideynlər narazıdır
Tarix: 22-09-2017 | Saat: 12:44
Bölmə:Təhsil / Problem | çapa göndər
864 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 22-09-2017 | Saat: 12:44
Bölmə:Təhsil / Problem | çapa göndər
Digər xəbərlər
15-07-2026, 08:26
Böyük Britaniya və Aİ Cəbəllütariq sərhədi ilə bağlı saziş imzalayıb
19-05-2021, 12:23
ABŞ öz vətəndaşlarını Azərbaycana getməməyə çağırdı
21-04-2022, 10:21
Britaniya kəşfiyyatı: Rusiya 9 May öncəsi nəzərəçarpan nailiyyətlər nümayiş etdirmək istəyir
27-08-2024, 11:07
Azərbaycan Prezidenti Maya Sanduya təbrik məktubu göndərib
20-05-2021, 10:08
Deputata hansı cəza verilə bilər? - “Dəliqanlılıq” elementləri...
10-08-2022, 00:07
Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb
13-09-2024, 15:53
Putin Təhlükəsizlik Şurasının iclasını ÇAĞIRDI
18-04-2022, 17:11
Amerikalı həmsədr Azərbaycana gəlir
Bu gün, 09:4496 yaşlı milyarder 48 ildir su içmirmiş...
Dünən, 20:39Ərdoğan Zelenskini qəbul edib
Dünən, 14:53Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib


















