Atəşkəs 112 dəfə pozuldu
Tarix: 23-09-2017 | Saat: 09:40
Bölmə:Qarabağ | çapa göndər

742 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 23-09-2017 | Saat: 09:40
Bölmə:Qarabağ | çapa göndər

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 112 dəfə pozub.
Qarabağinfo.az xəbər verir ki,Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Fərəhli, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Nerkin Karmirağbur, Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacıalılı, Ağdam, Ağbulaq və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Xəbəri paylaş
Digər xəbərlər
27-08-2024, 11:29
Tutumun istismarı dayandırıldı - Video
9-11-2024, 15:14
Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında 13 terrorçunu zərərsizləşdirib
20-10-2023, 14:41
Putin Təhlükəsizlik Şurasını TOPLADI
4-04-2025, 12:59
Alparslan Bayraktar: Cənub Qaz Dəhlizinin potensialından tam istifadə edilməsinə hazırıq
6-02-2023, 13:33
Zəlzələ Azərbaycanda da hiss edilib
18-05-2022, 18:17
Azərbaycana ət, süd və kərə yağının idxalı artıb
5-01-2026, 12:56
Rəsmi Tehran Suriyanın yeni hökumətinin Bəşər Əsədə görə İrandan təzminat tələb etməsi məsələsinə münasibət bildirib
19-03-2022, 17:29
Putinin 22 minlik geyimi təndiq olundu















