Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda təhlükəli virus yayılıb SOS
Tarix: 07-10-2017 | Saat: 14:44
Bölmə:Problem | çapa göndər

Azərbaycanda təhlükəli virus yayılıb

 

Havaların birdən-birə soyuması ilə əlaqədar virus infeksiyaları geniş yayılıb.

"Qaynarinfo" metbuat.az-a istinadən xəbər verir ki, kəskin respirator viruslar hava-damcı yolu ilə keçən, tənəffüs yollarının iltihabına səbəb olan xəstəliklərdir. Bura qrip, para-qrip və s. xəstəliklər aiddir.

Həkim-terapevt Mətanət Cəfərova bildirib ki, hava soyuyanda, kəskin respirator xəstəliklər daha çox müşahidə edilir: “Son günlər böyüklər və uşaqlar arasında həkimə müraciət hallarının əhəmiyyətli hissəsi kəskin respirator viruslarla bağlı olub. Amma hər burnu axana da qrip demək olmaz. Bəzən insanlar qriplə adi zökəmi qarışdırırlar. Buna görə də xəstələnən zaman daha diqqətli olmaq lazımdır. Belə ki, qrip və kəskin respirator xəstəliklərin müalicəsi üçün virus əleyhinə preparatlar, antibiotiklər, hərarət salan dərmanlar, vitaminlərdən istifadə etmək məsləhətdir. Qrip virusuna şübhə varsa, ancaq bakterial infeksiya müşahidə edilmirsə, ağırlaşma yoxdursa, antibiotiklərdən istifadə etmək məsləhət görülmür. Lüzumsuz istifadə edilən antibiotiklər bədən müqavimətini azaldır və virusun bədəndən çıxma müddətini uzadır”.

Həkim bildirir ki, zamanla qrip virusunun yeni növləri meydana gəlir. İnsanların da yeni növlərə qarşı müqaviməti olmur.

“Xəstəlikdən qorunmaq üçün şəxsi gigiyenaya riayət etmək, əlləri tez-tez yumaq, öskürmə-asqırma zamanı ağzı tutmaq, evi və ev əşyalarını dezinfeksiya etmək, çox adam olan yerlərdən, xüsusən xəstə olan yerdən uzaq durmaq lazımdır. Qrip hərarətin qalxması ilə müşahidə edilirsə, yataq rejiminə riayət etmək vacibdir. Yəni, soyuqdan istiyə, istidən soyuğa çıxmaq olmaz” .

Sonda mütəxəssis faydalı məsləhətlərini təqdim edir. Belə ki, soyuq havalarda kəskin respirator viruslardan, o cümlədən qripdən qorunmaq üçün:

– Zəncəfilli, limonlu, nanəli çay için;

– Əgər güclü öskürək müşahidə edilirsə, bal ilə limon qarışığı öskürəyi azaldır;

– Yüksək hərarət müşahidə edilirsə, yataq rejiminə riayət edilməlidir;

– İctimai nəqliyyatdan istifadə edirsinizsə, tutacaqlardan tutduqdan sonra əllərinizi yuyun və ya dezinfeksiya edici məhlulla silin;

– Alma, mandarin, portağal, limon və s. bu kimi meyvələrdən çox istifadə edin.



Xəbəri paylaş

693 dəfə oxunub.

Digər xəbərlər