Saytımızı qiymətləndirin


 
 

Bakıda həbsdə olan oğluna narkotik aparan qadın saxlanılıb - FOTO
Tarix: 05-01-2021 | Saat: 13:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

 

Xidmətdən Qarabaginfo.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 66.3-cü maddələrinə əsasən təqsirli bilinərək barəsində 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan məhkum Cavadov Miryusif Sabir oğlu ilə qısamüddətli görüşə gəlmiş anası, Bakı şəhər sakini Paşayeva Ofelya Paşa qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan plastmas xama qabının içərisində gizlədilmiş ümumi çəkisi 3,411 qram olan narkotik maddə - marixuana və ümumi çəkisi 4,217 qram olan narkotik maddə - heroin aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 



Xəbəri paylaş

306 dəfə oxunub.

Digər xəbərlər