Türkiyənin Diyarbəkir şəhərində 2 hərbçi şəhid olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Jandarm Komando Alay Komandanlığının 2 hərbçisi - Oğuzhan Arduç və Turgut İçen "Eren Abluka-18” əməliyyatı zamanı terrorçularla silahlı qarşıdurmada şəhid olublar.
Daha bir hərbçi Mustafa Can Akdoğan isə yaralanıb.
Terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə əlavə qüvvə cəlb olunub.