Saytımızı qiymətləndirin


 
 

Fəxrəddin Miralayev: "Şuşadakı Qazançılar kilsəsinin erməni mədəniyyətinə heç bir dəxli yoxdur"
Tarix: 06-11-2020 | Saat: 12:08
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Fəxrəddin Miralayev: "Şuşadakı Qazançılar kilsəsinin erməni mədəniyyətinə heç bir dəxli yoxdur"

"Şuşadakı Qazançılar kilsəsinin erməni mədəniyyətinə heç bir dəxli yoxdur".

Qarabaginfo.az xəbər verir ki, bunu Əməkdar artist, Kilsənin bərpa layihəsinin müəllifi Fəxrəddin Miralayev bu gün keçirilən brifinqdə bildirib.

Qazançılar Kilsənin 1980-ci illərdəki bərpa layihəsinin müəllifi olan Fəxrəddin Miralaleyev deyib ki, bu kilsə Şuşanın kənar hissəsində yerləşir: "Bu kilsənin bərpası zamanı Qazançılar kilsəsinin altında Zərdüştlüyə aid abidə aşkarlanıb. Kilsəni 1868-ci ildə onun üstündə tikiblər. Qazançılar kilsəsi erməni bədii dilində yox, rus bədii dilində tikilib".

F.Miralayevin sözlərinə görə, kilsənin uzun pəncərələri var ki, bu da rus kilsələrində olur: "Erməni kilsələrinin pəncərələri balaca olur. Qazançılar kilsəsinin erməni mədəniyyətinə heç bir dəxli yoxdur".

Kilsənin bərpa layihəsinin müəllifi onu da əlavə edib ki, provaslav ilə qriqoryanlıq arasında böyük fərq var: "Erməni kilsələri deyilən kilsələrin çoxu bizim mədəniyyətimizə aiddir, qıpçaq mədəniyyətinə xasdır". APA



Xəbəri paylaş

333 dəfə oxunub.

Digər xəbərlər