Ana Sayfa > Karusel / Cəmiyyət > Fəxrəddin Miralayev: "Şuşadakı Qazançılar kilsəsinin erməni mədəniyyətinə heç bir dəxli yoxdur"
Fəxrəddin Miralayev: "Şuşadakı Qazançılar kilsəsinin erməni mədəniyyətinə heç bir dəxli yoxdur"6-11-2020, 12:08. Yazar: Admin |
"Şuşadakı Qazançılar kilsəsinin erməni mədəniyyətinə heç bir dəxli yoxdur". Qarabaginfo.az xəbər verir ki, bunu Əməkdar artist, Kilsənin bərpa layihəsinin müəllifi Fəxrəddin Miralayev bu gün keçirilən brifinqdə bildirib. Qazançılar Kilsənin 1980-ci illərdəki bərpa layihəsinin müəllifi olan Fəxrəddin Miralaleyev deyib ki, bu kilsə Şuşanın kənar hissəsində yerləşir: "Bu kilsənin bərpası zamanı Qazançılar kilsəsinin altında Zərdüştlüyə aid abidə aşkarlanıb. Kilsəni 1868-ci ildə onun üstündə tikiblər. Qazançılar kilsəsi erməni bədii dilində yox, rus bədii dilində tikilib". F.Miralayevin sözlərinə görə, kilsənin uzun pəncərələri var ki, bu da rus kilsələrində olur: "Erməni kilsələrinin pəncərələri balaca olur. Qazançılar kilsəsinin erməni mədəniyyətinə heç bir dəxli yoxdur". Kilsənin bərpa layihəsinin müəllifi onu da əlavə edib ki, provaslav ilə qriqoryanlıq arasında böyük fərq var: "Erməni kilsələri deyilən kilsələrin çoxu bizim mədəniyyətimizə aiddir, qıpçaq mədəniyyətinə xasdır". APA Geri dön |