Paşinyanın bu dəfə döyüşə keşişləri göndərməsinin səbəbi təkcə​ onların guya öz moizələri ilə Ermənistan ordusunda "İsa Məsih düşmənlərinə qarşı mübarizə ruhunun" yüksəldə bilməsi, eləcə də orduda döyüş heyəti çatışmazlığı ilə bağlı deyildir.

 

Belə düşünürəm ki, Ermənistanın bu addımı da erməni etnopsixologiyası, erməni xisləti və erməni kilsəsinin spesifik qaydaları və iddiaları ilə əlaqəlidir. Məlumdur ki, düşmən döyüş meydanında öldürülmüş yüzlərlə əsgər və zabirinin cəsədlərini qəbul etməkdən qəti şəkildə imtina edir. Bunun birmənalı olaraq, Ermənistanda sosial partlayışla, xaos və hakimiyyətə qarşı sosial aqressiya ilə nəticələnəcəyinə, Paşinyan rejiminin süqutunu sürətləndirəcəyinə yaxşı əmindir. Çixış yolunu isə məhv edilmiş ermənilərin əsas hissəsinin guya​ "əsir" və ya "itkin düşmüş" kimi elan olunmasında, perspektivdə Azərbaycanı "humanitar cinayətdə"  ittihamlandırmaq üçün indidən zəmin yaradılmasında, cəsədlərin bir hissəsinin isə  öldürüldükləri yerdə - Azərbaycan ərazilərində dəfn olunmasında görür.

Belə olan təqdirdə,​ döyüş bölgələrinə göndərilən erməni keşişlərinin əsas funksiyası öldürülmüş erməni əsgər və zabitlərinin leşlərini "kassadan ayrılmadan" kilsə qanunları ilə kütləvi məzarlıqlarda torpağa tapşırmaq, bunu rəsmiləşdirmək, ara sakitləşdikdən sonra oranı "erməni qəhrəmanlarının" və ya növbəti qondarma "soyqırım qurbanlarının" ziyarətgahına, Azərbaycan ərazilərində türklərə nifrət ocağına  çevirməkdir. Bu zaman beynəlxalq humanitar hüquq onların tərəfində olacaqdır.  Xatırladım ki, bu üsuldan İkinci Dünya müharibəsi dövründə geniş​ istifadə edilmişdir.

Fantastik fikir kimi görünsə də, ermənilərin etnik xarakterinə az-çox bələd olan kəs kimi bunun belə olacağına inanıram. ​ Odur ki, it kimi qovulanların bütün leşləri mütləq sahiblərinə qaytarılmalı, ermənilərin Azərbaycanda "əsgər məzarlıqları" yaratmalarına imkan verilməməlidir.