Tarix: 25-01-2022 | Saat: 09:59
Bölmə:Karusel / Müsahibə | çapa göndər
Mediasiya Şurasının Rəyasət Heyətinin üzvü Sima Yaqubovanın “Yeni Sabah”a müsahibəsi:
- Mediasiya Şurasının fəliyyətə başlamasının iki ili tamam olur. Amma cəmiyyətdə şura ilə bağlı kifayət qədər məlumat yoxdur.
- Azərbaycanda Mediasiya haqqında qanun 2019-cu ildə qəbul olundu. Mediasiya mübahisələrin məhkəmədənkənar alternativ həll yoludur. Qanun 2021-ci ilin iyul ayından tətbiq olunur. Qanun qəbul ediləndən sonra – 12 fevral 2020-ci ildə Mediasiya Şurası yaradıldı. Şuranın finksiyası “Mediasiya haqqında” qanuna uyğun həm tətbiqi, həm praktiki, həm mediatorların monitorinqi və digər məsələlər şuranın nizamnaməsində öz əksini tapıb.
İlkin mərhələdə Azərbaycan üzrə heç bir mediasiya təşkilatı qeydə alınmadığı üçün mediasiya müracilələrinin həllini də şura özü həyata keçirirdi. Amma indi mediasiya təşkilatları fəaliyyətə başlayıb və şuranın iş yükü yüngülləşib. Artıq Bakı şəhəri üzrə 6 mediasiya təşkilatı qeydə alınıb. Regional olaraq isə hələki, Gəncə şəhərində mediasiya təşkilatı fəaliyyət göstərir. Bu baxımdan əslində şuranın tanınması üçün kifayət qədər təbliğat işi aparılır, mediada davamlı tanıtımlar olur.
Digər xəbərlər