Saytımızı qiymətləndirin


 
 

Ermənistan Gəncəni vurmaq üçün silahları hansı dövlət(lər)dən aldı?
Tarix: 12-10-2020 | Saat: 14:32
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Ermənistan Gəncəni vurmaq üçün silahları hansı dövlət(lər)dən aldı?

Beynəlxalq ictimaiyyətin və vasitəçilərin dünyadakı münaqişəli məsələlərə ziddiyyətli, paradoksal münasibəti problemlərin həllini çətinləşdirir. Bu isə günahsız insanların qanı bahasına başa gəlir.

Ermənistanın öz mahiyyətini göstərməsi nəinki 40 gün, heç 40 saat da çəkmədi. Ermənilər bütün istiqamətlərdə atəşkəs rejiminin 9 saatlıq danışqalr bitən kimi pozdular.

Bundan başqa oktyabrın 11-də gecə saatlarında Ermənistanın Gəncəyə hücumu nəticəsində 9 dinc sakin vəfat edib, 34-ü isə yaralanıb. Bununla da 2 həftə ərzində Ermənistanın mülki əhaliyə açdığı atəş nəticəsində Azərbaycanda 34 dinc sakin dünyasını dəyişib, 200-dən çoxu isə yaralanıb.

Oktyabrın 12-də gecə saatlarında Azərbaycanın Tovuz rayonuna Ermənistan ərazisindən PUA-lar buraxılıb.

Azərbaycan ordusunun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatından sonra Ermənistan hakimiyyəti torpaqları işğaldan azad etməkdənsə, havadarlarından yardım istədi. İşğalçıya ilk yardım isə Azərbaycanı müddəti məlum olmayan, yarımçıq şərtli humanitar atəşkəsə vadar etmək oldu.

Bu müddət ərzində Rusiya və Fransadan Ermənistana sərnişin təyyarələrlə hərbi təyinatlı yüklər daşınır. Müşahidələrə əsasən, demək olar ki, son 3 gündə Rusiyadan Ermənistanın Yerevan və Gümrü şəhərlərinə 50-yə yaxın belə yüklər daşınıb.

Həmin təyyarələrə “Kornet”, “Solnerspek”, “Smerç” kompleksləri üçün sursatlar, “D-20” haubitsaları (152 mm çaplı) və “D-30” (122 mm çaplı) yüklənib. Sonuncunun istehsalı iki il əvvəl dayandırılıb, ancaq Moskva anbarlarında onlara uyğun kifayət qədər sursatın olduğu bildirilib.

Fransadan da 10 saat ərzində hərbi təyinatlı yüklər daşıyan 24 təyyarə Ermənistanda enib. Gürcüstan polisinin Fransadan Ermənistana humanitar yük daşıdığı iddia edilən bir TIR-ı ölkə ərazisində saxladığına dair məlumat yayılıb. Həmin yük avtomobilində dərman qutularının içində Radio Lokasiya Sisteminin hissələri aşkarlanıb.

Son günlərdə habelə Yunanıstandan istiqamət götürən təyyarənin İraqa uçaraq oradan Ermənistana PKK terrorçuları və muzdluları daşıdığı bildirilir.

Həmin dövlətlərin başçıları bu məlumatları təkzib etmir. Belə bildirilir ki, həmin silahları o ölkələrdə yaşayan ermənilər alıb, Ermənistana göndərir.

Çox gülünc izahat verirlər. Bu, bazardan, yaxud topdansatış məntəqəsindən alınacaq humanitar yardım, ərzaq, geyim deyil. Bu, başqa bir dövlətin ərazisinin işğal altında saxlanması və dinc mülki sakinlərin öldürülməsi üçün nəzərdə tutulan silah-sursat və hərbi texnikadır. Həmin “yardımlar” hesabına Gəncədə gecəyarısı dinc əhaliyə terror hücumu olub.

Oktyabrın 11-də isə ABŞ-dan Ermənistana hərbi mahiyyətli avadanlıq və tibbi texnika göndərilib. Bunu Ermənistanın “Hayastan” ümumerməni fondunun icraçı direktoru Aykak Arşamyan bildirib. Onun sözlərinə görə, yaxın günlərdə ABŞ-dan yeni yüklərin gətiriləcəyinin gözləyirlər.

Sentyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan argentinalı, erməni milyader Eduardo Ernekyanla ölkəsinə yardım etməsini müzakirə edib. Argentinalı milyader Ermənistan yardım edəcəyini boyun olub.

ABŞ, Rusiya və Fransadan silah alıb, başqa bir dövlətə “pay, hədiyyə” olaraq göndərmək belə sadədir? Onda belə çıxır ki, istənilən terrorçu qrup, məsələn, PKK, İŞİD, Əl-Qaidə, yaxud “hizbi-Təhrir”, “Hizbullah”, “Əş-Şabab” və başqaları bu 3 dövlətdən silah alıb istədiyi yerə göndərə bilər.

Ermənistan terrorçu dövlətdir. Onu dəstəkləmək və silahlandırmaq terrorçuya yardımdır.

Hibrid müharibə var. Bu, artıq təsdiqlənib. Onda xaricdəki ermənilər tərəfindən Ermənistanın silahlandırılmasını “hibrid silah bazarlığı” adlandırmaq olar. Belə çıxır, Azərbaycan təkcə Ermənistanla döyüşmür. Bu savaşda hibrid müharibəni və hibrid bazarlğı təşkil edənlər də var. Ermənilər, ermənilik bu savaşda alətdir.

ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Oktyabrın 9-dək atəşkəsə nail olmaq üçün ən çox bu ölkələr canfəşanlıq edirdi.

Müddətsiz və şərtləri Ermənistan tərəfindən pozulan humanitar atəşkəs bu silahları işğalçı-terrorçuya ötürmək üçün lazım imiş.

Həmsədr dövlətlər Gəncədə dinc sakinlərin, mülki əhalinin yaşadığı binanın gecəyarısı ballistik raket hücumuna məruz qalmasını sükutla qarşılayırlar. Yoxsa, onlara atəşkəs üçün canfəşanlıq Gəncəyə hücum üçün lazım idi?

Həmsədrlərin sükutundan istifadə edən Ermənistan vasitəçi dövlətlər qarşısında yeni şərtlər irəli sürür. Nikol Paşinyan onlara bildirir ki, “Qarabağı öz müqəddəratını təyin hüququ tanınmadan atəşkəsə əməl edilməyəcək”.

Deməli, Ermənistan işğal altında olan torpaqlardan çıxmaqdansa, daha böyük iştahasını aşkar şəkildə dilə gətirir.

Vasitəçilərin, “üçlüyün” susması bununla bağlı ola bilərmi?

Bu ölkələrə aid KİV-də yayılan məlumatlar, müəyyən mənada həmin dövlətlərin rəsmi mövqeyini əks etdirir. Gəncəyə edilən hücumla bağlı məlumatı həmin ölkələrin KİV-i elə yaydı ki, sanki Azərbaycan o dövlətlərin ərazisindən raket hücumuna məruz qalıb və bu informasiya vasitələri hadisəni ört-basdır etməyə cəhd göstərir.

Atəşkəsi təkcə üçlük və onun ətrafındakılar tələb etmirdi. Bunu ərəb dövlətləri, o cümlədən körfəz dövlətləri iqtisadi əməkdaşlıq şurası, Ərəb Dövlətləri Liqası, İran da ABŞ, Rusiya və Fransanı müdafiə edirdi. Ancaq Gəncəyə edilən hücumla bağlı həmin ölkələrin rəsmi mövqeyi açıqlanmayıb. Onlar bu terrora görə Ermənistanı hələ də qınamayıblar.

Beləliklə, vasitəçilərin istəyi və israrı nəticəsində əldə edilən humanitar atəşkəs Gəncədə Ermənistanın terror ilə nəticələndi. Ermənistan havadarları və himayədarlarına arxayın olmasa idi, bu terroru törətməyə cürət etməzdi.

Bütün terrorların sifarişçiləri olur. Gəncədə törədilən 11 oktyabr terrorunun da heç şübhəsiz sifarişçisi və təşkilatçısı var. Ermənistan bunlardan biridir. Əks halda ermənilər atəşkəsə əməl edər, işğal olunmuş torpaqlardan çıxardılar. Onlara ərazilərindən silah, hərbi texnika yollayanlar Ermənistanın bölgədə terrorçuluq, dağıdıcı fəaliyyətini gücləndirir, onu regionun əl oyuncağına çevirirlər.

ABŞ, Fransa, Britaniya, Rusiya, Çin dünya “beşliyi” və Avropa İttifaqının “xaç atası” Almaniya işğalçı Ermənistanı yerində oturda bilmir? Bunun inkar cavabı,əlbəttə, çox gülüncdür.

Bütün hallarda Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı yeni şərait yaranıb. Düzdür, sonunda danışıq olacaq. Ancaq indiki şərtlər daxilində hərb daha çox məsələnin həlli yolu olaraq görülür. Danışığı əsas yol görən vasitəçiləri Ermənistan oktyabrın 11-də bir daha tərk-silah elədi. "Report"



Xəbəri paylaş

397 dəfə oxunub.

Digər xəbərlər