Saytımızı qiymətləndirin


 
 

Prezident Zəngilanda məktəb tikintisi üçün 300 min manat ayırıb
Tarix: 07-09-2022 | Saat: 14:31
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Prezident bu nazirliyə yarım milyondan çox pul ayırdı

Prezident İlham Əliyev Zəngilan şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Zəngilan şəhərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300,0 (üç yüz) min manat ayrılıb.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.



Xəbəri paylaş

177 dəfə oxunub.

Digər xəbərlər