Saytımızı qiymətləndirin


 
 

Tahir Mirkişili: “İqtisadi qanunvericiliyin geniş təhlili aparılır”
Tarix: 18-09-2020 | Saat: 16:33
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Tahir Mirkişili: “İqtisadi qanunvericiliyin geniş təhlili aparılır”
Tahir Mirkişili

Azərbaycanda bank sektoru ilə özəl sektor arasında dialoqun aparılmasında ortaya çıxan problemlərin qarşılıqlı əməkdaşlıqla tənzimlənməsində İqtisadi Şuranın fəaliyyəti yüksək qiymətləndirilir.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının onlayn formatda növbəti iclasında bildirib.

O, iclas iştirakçılarının nəzərinə çatdırıb ki, rəhbərlik etdiyi Komitə qanunvericiliklə bağlı ortaya çıxan məsələlərin həllinə dəstək verməyə hazırdır: "Hazırda Prezidentin tapşırığına əsasən iqtisadi qanunvericiliyin geniş təhlili aparılır, müasir tələblərə cavab verməyən, biznesin inkişafına mane olan müddəaların dəyişdirilməsi, bütövlükdə yeni çağırışlara cavab verən iqtisadi-hüquqi bazanın yaradılması üzrə aktiv iş aparılır. Bu işdə sizi də aktiv əməkdaşlığa dəvət edirəm və nəzərinizə çatdırıram ki, Prezident, Hökumət və Milli Məclis daim vicdanlı, sağlam biznes nümayəndələrinin yanındadır". “Report”



Xəbəri paylaş

330 dəfə oxunub.

Digər xəbərlər