Saytımızı qiymətləndirin


 
 

Baş katib: "Rusiyanın məqsədi sərhədində daha az NATO qüvvəsi görməkdirsə, o zaman bunun əksinə nail olacaq"
Tarix: 29-01-2022 | Saat: 15:22
Bölmə:Karusel / Dünya | çapa göndər

Yens Stoltenberq: “Rusiya öz qonşularının yerinə hansısa qərar vermək haqqına sahib deyil"

"NATO Ukrayna ilə bağlı Rusiya ilə dialoq aparmağa hazırdır, lakin vəziyyət gərginləşəcəyi təqdirdə Rusiya bunun qarşılığını ağır şəkildə ödəyəcək".

Qarabaginfo.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq "La Stampa"ya müsahibəsində deyib.

"Biz Rusiya ilə dialoqa başlamağa hazırıq. Heç kim silahlı münaqişədə maraqlı deyil. Siyasi qərar verildiyi təqdirdə hamımız qalib oluruq. Rusiya Ukraynaya qarşı yenidən güc tətbiq edərsə, bunun əvəzini iqtisadi və siyasi sanksiyalarla ödəməli olacaq. Biz Ukraynaya onun özünümüdafiə hüququnu dəstəkləmək üçün yardım edəcəyik və təbii ki, lazım gələrsə, bütün müttəfiqlərimizi də qorumağa hazırıq. Əgər Rusiyanın məqsədi sərhədlərində daha az NATO qüvvələri görməkdirsə, o zaman bunun əksinə nail olacaq. Hücum olacağı təqdirdə bu dəfə daha çox qüvvə göndərəcəyik”, - Stoltenberq vurğulayıb

Stoltenberq NATO-ya üzv olan bütün ölkələrin Rusiyaya qarşı hərəkətlərində yekdil olacağına əminliyini ifadə edib.

“Vacib olan odur ki, bütün müttəfiqlər razılaşdırılmış sanksiyaları tam yerinə yetiriblər və lazım gələrsə, yeni sanksiyalar tətbiq etmək barədə də razılığa gəliblər", - NATO Baş katibi əlavə edib.



Xəbəri paylaş

1264 dəfə oxunub.

Digər xəbərlər