Saytımızı qiymətləndirin


 
 

Bacısının ərini və qayınatasını GÜLLƏLƏDİ
Tarix: 11-12-2017 | Saat: 10:24
Bölmə:Karusel / Kriminal | çapa göndər

Bakıda güllələnmə hadisəsi baş verib.

 

"Qarabaginfo" "Trend.az"-a istinadən verdiyi məlumatına görə, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb. Suraxanı rayonu, Bülbülə qəsəbə sakini Vüsal Tufan oğlu Tanrıverdiyev Ramanı qəsəbəsində bacısının həyat yoldaşının yaşadığı evə gəlib.

 

V.Tanrıverdiyev həmin evdə yeznəsi Anar Vaqif oğlu Rəsulov və onun atası Vaqif Rəsulova ov tüfəngi ilə atəş açaraq onları öldürməyə cəhd edib.

 

Hadisə nəticəsində ata və oğul güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

 

Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.



Xəbəri paylaş

607 dəfə oxunub.

Digər xəbərlər
30-07-2020, 18:51 TƏBİB-dən yeni təyinat