Saytımızı qiymətləndirin


 
 

Son sutkada Ukraynanın 21 PUA-sı məhv edildi
Tarix: 23-06-2022 | Saat: 16:24
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya hava hücumundan müdafiə sistemləri sutka ərzində Ukraynanın 21 PUA-sını, 22 RYAS mərmisini və “Toçka-U” kompleksinin bir raketini vurub.

Qarabaginfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Qoşunlarımız Ukrayna Silahlı Qüvvələrinin 26 komanda məntəqəsini, canlı qüvvəsini və hərbi texnikasını, həmçinin 58 rayonda Ukrayna artilleriya birləşmələrini, o cümlədən Kubanski adasında 155 mm-lik M-777 haubitsalarını, Donetskin Novopokrovskoye bölgəsində “Smerç” çoxsaylı buraxılış raket sistemlərini vurub. Nikolayev vilayətində isə pilotsuz uçuş aparatlarını idarə edən üç mobil idarəetmə məntəqəsi məhv edib”, - məlumatda deyilib.

Qeyd olunur ki, Rusiya Aerokosmik Qüvvələrinin operativ-taktiki və ordu aviasiyası bir sutka ərzində 96 rayonda canlı qüvvə və hərbi texnikanı və Xarkov vilayətinin Konstantinovka rayonunda səhra radar postunu məhv edib.



Xəbəri paylaş

218 dəfə oxunub.

Digər xəbərlər
6-01-2022, 17:49 Nazarbayev Dubaydadır?