Saytımızı qiymətləndirin


 
 

GUAM PA-dakı nümayəndə heyətinə Elnur Allahverdiyev rəhbərlik edəcək
Tarix: 29-04-2020 | Saat: 10:53
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

GUAM PA-dakı nümayəndə heyətinə Elnur Allahverdiyev rəhbərlik edəcək

 

Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev olacaq. 

Qarabaginfo.az xəbər verir ki, indiyədək qurumdakı nümayəndə heyətinə millət vəkili Azər Kərimli rəhbərlik edib. 

E.Allahverdiyev bununla bağlı feysbuk hesabında məlumat verib: “Hər bir beynəlxalq təşkilatda fəal iştirak, Azərbaycanın milli maraqlarının təbliği, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı kimi faktların beynəlxalq ictimaiyyətə çatdırılması qarşımızda duran başlıca vəzifə olmalıdır. Prezidentimiz cənab İlham Əliyev hesab edir ki, bu məqsədlərin reallaşdırılması üçün müdafiə deyil, daima aktiv hücüm diplomatiyasından istifadə etməli və düşmənə qarşı bütün çoxmillətli müstəvilərdə effektiv mübarizə nümayiş etdirməliyik. GUAM PA-nın da belə regional təşkilatlardan olduğunu nəzərə alaraq qeyd olunan istiqamətlərdə səylərimizi əsirgəməyəcəyik!”.

Xatırladaq ki, E.Allahverdiyev Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin də üzvüdür. Nümayəndə heyətinə Milli Məclis sədrinin müavini Adil Əliyev rəhbərlik edir. E.Allahverdiyev eyni zamanda, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. “Qafqazinfo”

 

 



Xəbəri paylaş

410 dəfə oxunub.

Digər xəbərlər
12-11-2021, 12:28 Çavuşoğlu İrana gedir