Saytımızı qiymətləndirin


 
 

Qəzzadakı müharibədən sonra ABŞ-dan Ukraynaya sursat tədarükü 30 faiz azalıb
Tarix: 21-11-2023 | Saat: 14:10
Bölmə:Karusel / Dünya | çapa göndər

Qəzzadakı müharibədən sonra ABŞ-dan Ukraynaya sursat tədarükü 30 faiz azalıb

İsrail və HƏMAS arasında müharibə başlayandan sonra ABŞ-dan Ukraynaya artilleriya mərmilərinin tədarükü 30% azalıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu "ABC News" adı açıqlanmayan ukraynalı rəsmiyə istinadən yayıb.

 

Bununla belə, telekanalın ABŞ Müdafiə Nazirliyindəki həmsöhbəti bildirib ki, sursatın həcminin azalması Qəzza zolağındakı döyüşlərlə qətiyyən bağlı deyil. Qeyd edilib ki, 155 mm-lik artilleriya mərmiləri, ehtimal ki, Ukrayna üçün ən mühüm rollardan birini oynayır.

 

"Onlar bizə dedilər ki, bu, öhdəliklərə təsir etməyəcək, amma təsir etdi", - telekanal ukraynalı məmurun sözlərindən sitat gətirib.

 

Bu məlumatı şərh edən ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan yüksək rütbəli rəsmisi deyib ki, sursatların azaldılmasının Qəzza zolağında baş verənlərlə qətiyyən heç bir əlaqəsi yoxdur. O, Ukraynaya hərbi yardımın ayrılması ilə bağlı prezidentin fərmanlarının HƏMAS-ın İsrail ərazisinə hücumundan əvvəl hazırlanmağa başladığını izah edib: “Buna görə də Qəzza zolağında baş verənlərlə Ukraynada baş verənlər arasında heç bir əlaqə yoxdur”.

 

Ukrayna və İsrailə yardımın maliyyələşdirilməsi, eləcə də ABŞ-ın cənub sərhədinin mühafizəsi üçün vəsaitin ayrılması məsələləri noyabrın 17-də qəbul edilmiş müvəqqəti büdcədən ayrıca nəzərdən keçirilir. Əvvəllər Ağ Ev bu məqsədlər üçün 106 milyard dollar (o cümlədən, Ukraynaya 61 milyard dollardan çox) ayırmağı planlaşdırırdı.

 

Noyabrın 20-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə səfər edib. Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Ostin Ukraynaya əlavə 100 milyon dollarlıq hərbi yardım paketinin ayrıldığını açıqlayıb. Bu paketə tank əleyhinə silahlar və hava hücumundan müdafiə sistemləri üçün raketlər daxildir.



Xəbəri paylaş

80 dəfə oxunub.

Digər xəbərlər