Saytımızı qiymətləndirin


 
 

Bayden İsveç və Finlandiya rəhbərlərini Ağ evə çağırdı
Tarix: 17-05-2022 | Saat: 17:42
Bölmə:Karusel / Dünya | çapa göndər

Cümə axşamı ABŞ Prezidenti Co Bayden İsveçin Baş naziri Maqdalena Anderssonu və Finlandiya Prezidenti Sauli Niinistonu Ağ Evdə qəbul edəcək.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

 

"Liderlər Finlandiya və İsveçin NATO-ya üzvlük və Avropanın təhlükəsizliyinə dair təkliflərini, eləcə də bir sıra qlobal məsələlərdə yaxın tərəfdaşlığımızı gücləndirməyi müzakirə edəcəklər", - Ağ ev rəsmisi deyib.

 

Xatırladaq ki, İsveçin NATO-ya üzvlük üçün müraciəti bazar ertəsi krallığın hökuməti tərəfindən qəbul edilib. Ötən həftə isə Finlandiya tərəfindən NATO-ya üzvlüklə bağlı müraciət ünvanlanıb.



Xəbəri paylaş

1257 dəfə oxunub.

Digər xəbərlər