Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda aprelin 2-dən hava pisləşəcək  - Xəbərdarlıq
Tarix: 31-03-2020 | Saat: 17:46
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Azərbaycanda aprelin 2-dən hava pisləşəcək

 

Bakıda və Abşeron yarımadasında aprelin 2-dən 3-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qarabaginfo.az-a verilən məlumata görə, aprelin 2-si günün ikinci yarısından 3-ü səhərədək şimal-qərb küləyinin sürəti 15-20 m /s olacaq, arabir 23 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında aprelin 1-i günün ikinci yarısından hava şəraitinin dəyişəcəyi, 4-ü axşamadək qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb  küləyinin sürəti 2-si gündüzdən 3-ü gündüzədək arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 23 m/s-dək güclənəcək. 

Çaylarda sululuğun artacağı istisna olunmur.



Xəbəri paylaş

414 dəfə oxunub.

Digər xəbərlər