Saytımızı qiymətləndirin


 
 

"Binə", "Sədərək" və digər böyük ticarət mərkəzlərinin fəaliyyətini dayandırılmalıdır
Tarix: 21-03-2020 | Saat: 11:10
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Bakıda "Binə", "Sədərək" və digər böyük ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması təklif edilib.
"Qarabaginfo" xəbər verir ki, iqtisadçı Qubad İbadoğlu öz sosial səhifəsində yazıb.


"Nazirlər Kabinetinin qərarı ilə bir çox dövlət strukturlarının əməkdaşları martın 29-dan aprelin 29-a qədər məcburi məzuniyyətə göndərildilər. Məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək. Bu qərara münasibətim normaldır. Amma hesab edirəm ki, bu qərarla yanaşı, xüsusilə də qeyri-ərzaq məhsullarıının kütləvi satış mərkəzləri, o sıradan da Binə, Sədərək yarmarkaları, Mall-ların fəaliyyətinin dayandırılmasına qərar verilməlidir.


Bu, 2 səbəbdən, birincisi insanların təhlükəsizliyi baxımından, ikincisi isə həmin yarmarkalarda çalışan iş adamlarının, ticarətçilərin icarəçilər və vergi orqanları qarşısındakı öhdəliklərinin dayandırılması nöqteyi-nəzərindən vacibdir.


Əks təqdirdə icarəçi qarşısında öhdəliklərini yerinə yetirmək üçün hər gün işə çıxmağa məcbur olan icarədar alıcılıq qabliyyətinin azaldığı indiki şəraitdə həm özünü təhlükəyə atır, həm də hər gün xərcə işləyir. Hesab edirəm ki, bu məsələyə dövlət müdaxiləsi zəruridir və onun daha da tez baş verməsi vacibdir ki, iş adamları izafi xərclərdən (kirayə haqqı və sair ödənişlər) xilas edə bilər" - Q.İbadoğlu qeyd edib.

 



Xəbəri paylaş

367 dəfə oxunub.

Digər xəbərlər