Nobel prospekti və Zığ şossesində yeni sola və geriyə dönmə yerləri yaradılıb - VİDEO
Tarix: 28-03-2019 | Saat: 15:17
Bölmə:Karusel / Sosial | çapa göndər
674 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-03-2019 | Saat: 15:17
Bölmə:Karusel / Sosial | çapa göndər
Bakı şəhərinin küçə və prospektlərində tıxacların və sıxlığın aradan qaldırılması məqsədi ilə Azərbaycan Avtomoil Yolları Dövlət Agentliyinin mütəxəssisləri Bakı Nəqliyyat Agentliyi və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə mütəmadi olaraq paytaxtın daha çox tıxac və sıxlıq müşahidə olunan ərazilərində araşdırmalar aparır və müvafiq təkliflər hazırlayırlar.
Son vaxtlar Xətai rayonu, Nobel prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsində-“Nargilə dairəsi” adlanan ərazidə müşahidə olunan tıxac və sıxlığın aradan qaldırılması və nəqliyyat yükünün azaldılması məqsədi ilə aidiyyəti qurumlarla aparılan birgə araşdırmalar nəticəsində hazırlanmış təkliflər Bakı Nəqliyyat Agentliyi tərəfindən Nazirlər Kabinetinin Yol Hərəkəti Komissiyasına göndərilib.
Hərəkətin təşkilində dəyişiklik edilməsi üçün Komissiyanın müvafiq Qərarına əsasən Azərbaycan Avtomoil Yolları Dövlət Agentliyi tərəfindən Həzi Aslanov, Əhmədli və Günəşli qəsəbələrinə alternativ hərəkət şəraitinin yaradılması ilə əlaqədar 2 yerdə (Nobel prospektinin 7-ci dairəvi küçəsi ilə, Zığ şossesinin Sadıqcan küçəsi ilə kəsişməsində) işıqfor nizamlanması tətbiq etməklə sola və geriyədönmə yerlərinin təşkil edilməsi işlərinə başlanılaraq qısa müddət ərzində yekunlaşdırılıb.
Hal-hazırda Nobel prospekti ilə 7-ci dairəvi küçəsinin kəsişməsində (Həzi Aslanov qəsəbəsi) və Zığ şossesi ilə Sadıqcan küçəsinin kəsişməsində (Əhmədli qəsəbəsi) işıqforla tənzimlənən sola və geriyə dönmə yerləri təşkil olunub. Hərəkətin tənzimlənməsi məqsədi ilə sözügedən hissələrdə yol nişanları quraşdırılıb, nişanlanma xətləri və piyada zolaqları çəkilib.
Xəbəri paylaş
Digər xəbərlər
18-02-2022, 15:02
"Manaf Ağayevi Füzuliyə buraxanlar da cəzalandırılmalıdır" - Deputat
17-02-2026, 11:02
Ramazan ayının təqvimi açıqlanıb
21-10-2025, 12:19
Ermənistanda məcburi hərbi xidmətin müddəti azaldılır
11-10-2022, 20:47
Azərbaycan Prezidenti: "Bizim “Azersky” və “Azerspace-1” peyklərimiz Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir"
10-05-2021, 11:46
Şok iddia: ABŞ keçmiş sovet respublikalarının birində qoşun yerləşdirir
7-05-2026, 08:17
ABŞ "Patriot"dan daha ucuz raketlər hazırlamaq istəyir
17-02-2025, 08:07
Tramp Rusiyanın NATO-ya təhlükə yaratdığına inanmır
23-04-2026, 17:19
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
18-10-2023, 10:04
XİN Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
12-11-2021, 10:22
Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib


















