Saytımızı qiymətləndirin


 
 

Erməni spiker: Biz həmin kəndləri Ermənistan ərazisi hesab edən insanları axtarırıq
Tarix: 27-03-2024 | Saat: 17:11
Bölmə:Karusel / Region | çapa göndər

Erməni spiker: Biz həmin kəndləri Ermənistan ərazisi hesab edən insanları axtarırıq

Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana qaytarılmalı olan kəndlərdən danışıb.

Qarabaginfo.az news.am-a istinadən xəbər verir ki, Alen Simonyan bu gün parlamentdə jurnalistlərlə söhbətində Qazaxın işğal altındakı 4 kəndinin Azərbaycana qaytarılması məsələsinə toxunub.

“İndi biz buranı Ermənistan ərazisi hesab edən insanları axtarırıq. Mən o adamları axtarıram ki, gəlib Ermənistan ərazisində olduqlarını sübut edəcəklər. Ermənistan Sovet İttifaqının yaradılmasından tutmuş Ermənistanın müstəqilliyinə qədər bütün xəritələrdə öz ərazisini metr-metr göstərə bilər. Tavuş sakinləri Ermənistanla Azərbaycan arasında xəttin harada olduğunu bilirlər”, - Simonyan bildirib.

O, müxalifətin bununla bağlı gərginlik yaratmağa çalışdığını vurğulayıb.

Ermənistan parlamentinin sədri işğal altında olan 8 kəndlə bağlı Azərbaycanın hərbi əməliyyat keçirəcəyini istisna etməyib.

“Azərbaycanlılar bu barədə açıq danışırlar”, - Simonyan əlavə edib.



Xəbəri paylaş

185 dəfə oxunub.

Digər xəbərlər