Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda qızılca peyvəndi ilə bağlı - Çağırış edildi
Tarix: 30-11-2023 | Saat: 14:58
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

azerbaycanda-qizilca-peyvendi-ile-bagli

Ümumdünya Səhiyyət Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi əhalini qızılcaya qarşı peyvənd olunmağa çağırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə təşkilatın sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb:

“Qızılca xəstəliyi uşaqların sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqda davam edir. Qızılcaya qarşı peyvəndləmə əhatəsi 95 %-dən aşağı olduğu zaman bütün ölkələr və icmalar üçün xəstəliyin geniş yayılma riski yaranmış olur. 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın qızılcadan ölməsinin qarşısını alıb.

Qızılca 5 yaşdan kiçik uşaqlar üçün daha təhlükəlidir. Bu xəstəlik onlarda pnevmoniya, ensefalit (beyin iltihabı) və ölümlə nəticələnə bilər. Qızılcaya qarşı peyvənd ən effektiv peyvəndlərdən biridir. 2 doza peyvənd qızılca infeksiyasının qarşısını ömürlük almaqda 97% effektivdir”.

 



Xəbəri paylaş

1119 dəfə oxunub.

Digər xəbərlər