Saytımızı qiymətləndirin


 
 

Türkiyə parlamentindəki fraksiyalar İsveçin NATO üzvlüyünə NƏ DEYİR?
Tarix: 01-12-2023 | Saat: 15:45
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyə parlamentindəki fraksiyalar İsveçin NATO üzvlüyünə NƏ DEYİR?Türkiyə Böyük Millət Məclisində (TBMM) İsveçin NATO-ya üzvlüyü ilə bağlı layihənin təsdiqində siyasi partiyaların tutacağı mövqe maraq doğurur.

 

Qarabaqinfo.az xəbər verir ki, "Serbestiyet" Türkiyə parlamentində təmsil olunan siyasi qüvvələrin məsələ ilə bağlı necə səs verəcəyini öyrənib.

 

Məlumata görə, hakim Cümhur İttifaqında Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında hələlik fikir birliyi yoxdur. Yəni bu partiyaların layihənin lehinə və ya əleyhinə səs verərkən birgə hərəkət edəcəyi barədə məlumat yoxdur.

 

Ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) isə bu məsələdə iqtidarla eyni mövqedən çıxış etməyə tələsmir. Belə ki, partiyadan əldə olunan məlumatda CHP deputatlarının səslərinin hansı istiqamətdə olacağı ilə bağlı arxayınlığa qapılmağın yersiz olacağı vurğulanıb.

 

Kürdyönümlü HEDEP səsverməni boykot etməyi düşünür.

 

Səadət Partiyası və Gələcək Partiyasının birgə parlament fraksiyasından isə bildirilib ki, bu fraksiyanın deputatları arasında həm lehinə, həm də əleyhinə səs verənlərin olacağı gözlənilir. Yəni bu iki partiya arasında da fikir birliyi yoxdur və səsvermədə hansı mövqeyin tutulması sərbəstdir.

 

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra İsveç və Finlandiya NATO-ya üzvlük üçün müraciət edib. Yeni üzvlərin qəbul edilməsi proseduru konsensus tələb edən hərbi alyansa qoşulmaq üçün Türkiyənin də razılığını almaq mütləqdir. Lakin Türkiyə terrorçuluqla mübarizədə əməkdaşlıq edilməsi şərti irəli sürmüşdü və yalnız şərtlər yerinə yetirildikdən sonra Finlandiyanın NATO üzvlüyünə "yaşıl işıq" yandırıldı. Hazırda oxşar prosedur İsveçlə bağlı davam etməkdədir.



Xəbəri paylaş

176 dəfə oxunub.

Digər xəbərlər